4.05.2022 11:09:14
Fələstin Muxtariyyətinin İngiltərədəki nümayəndəsi, Qərb ölkələrinin sionist rejimin Məscidül-Əqsadakı vəhşi əməllərinə qarşı susqunluğuna etiraz edərək, Fələstinin dünya xalqlarının geniş dəstəyi sayəsində azad ediləcəyini bəyan edib.
Az.rasthaber.com xəbər verir ki, Həssam Zemlet Londonda irqçi İsrail səfirliyi qarşısında etirazçılar qarşısında etdiyi çıxışda bildirib:
"İsraillilər yaralananda Britaniya və Qərb rəsmiləri dərhal etiraz edir və pisləyirlər. Bəs yüzlərlə İsrail əsgəri İslamın üçüncü müqəddəs məscidi olan Əl-Əqsa məscidinə hücum edəndə Qərb niyə susur? Mübarək Ramazan ayında İsrailli mühacirlər Fələstinli mülki şəxslərə hücum edəndə niyə səssiz qalır?
Fələstin xalqının Qərbin dəstəyinə ümidi yoxdur, lakin Fələstin davasını bütün dünyada dəstəkləyən milyonlarla insanın dəstəyi sayəsində azadlıq və ədalət uğrunda mübarizəni davam etdirəcəklər".
Qeyd edək ki, dünyanın müxtəlif təbəqələrindən olan yüzlərlə insan sionist rejimin işğal olunmuş ərazilərdə zorakılıqları və davam edən hücumlarına etiraz etmək üçün Londondakı irqçi İsrail səfirliyi qarşısına toplaşıb. Nümayişçilər işğal altındakı Fələstində işğala, zorakılığa və aparteid rejiminə son qoyulması üçün İsrail əleyhinə şüarlar səsləndiriblər.