Bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki məlumat verib.
Rasthaber xəbər verir ki, Fələstin bir sıra Fars körfəzi ölkələrinin İsraillə münasibətləri normallaşdırmasının fonunda Ərəb Dövlətləri Liqasında (ƏDL) sədrlikdən imtina edib.
Bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, Fələstin ƏDL-in BƏƏ və Bəhreynin İsraillə dialoqunu dəstəkləməsinin fonunda adıçəkilən təşkilatda sədrlikdən imtina edir. Əl-Maliki deyib ki, bu, 2002-ci ildə qəbul edilmiş Ərəb Sülh Təşəbbüsü çərçivəsindəki öhdəliklərin kobud pozuntusudur.
“Bir sıra qüdrətli ərəb dövlətləri də Ərəb Sülh Təşəbbüsünə açıqcasına məhəl qoymamağı pisləmədilər və bu, o deməkdir ki, ƏDL Fələstinin maraqlarına gələcəkdə də məhəl qoymayacaq”, – deyə o bildirib.
Fələstinli nazir deyib ki, Fələstin üçün sədrlk zamanı işğalçı dövlətlə münasibətləri normallaşdıran ölkələrlə işləmək iftixar deyil.
Maliki qeyd edib ki, Fələstinin ƏDL-dən çıxması gündəlikdə yoxdur və Fələstin İsraillə dialoqdan imtina edən ərəb ölkələri ilə, məxsusən də Əlcəzair və Küveytlə işləməyə davam edəcək.
Xatırladaq ki, 9 sentyabrda ƏDL BƏƏ-nin İsraillə münasibətləri normallaşdırması qərarını pisləyən qətnaməni qəbul edə bilməyib.