Fələstin problemi İordaniyaya zərər verilərək həll edilə bilməz.
Az.rasthaber.com xəbər verir ki, bu sözləri İordaniya kralı II Abdullah ibn əl-Hüseyn hərbçilərlə görüşündə deyib.
“İordaniya özünə inamı, ordusu və hüquq-mühafizə sistemi ilə güclü ölkədir. Müharibənin ilk günlərindən zorla köçürülmə aparılmasına qarşı çıxdıq və bunu Fələstin məsələsinin ləğvi anlamına gəldiyi üçün qırmızı xətt olaraq qəbul etdik”, - deyə kral bildirib
O, ölkəsinin Fələstin xalqının yanında olduğunu və humanitar yardımların yetərli miqdarda və fasiləsiz olaraq çatdırılmasının vacibliyini vurğulayıb.