Fələstin Muxtar Respublikasının Prezidenti Mahmud Abbas Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək.
Az.rasthaber.com xəbər verir ki, Fələstinin Ankaradakı səfiri Faid Mustafa, Mahmud Abbasın Türkiyəyə səfəri çərçivəsində Ərdoğanla görüşəcəyini və ikitərəfli əlaqələr, Fələstindəki son vəziyyət, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağını açıqlayıb.