Fələstin muxtariyyətinin məmurları bir fələstinlini şəhid ediblər

Fələstin muxtariyyətinin məmurları bir fələstinlini şəhid ediblər

Bir fələstinli Nablus şəhərində Fələstin muxtariyyətinin təhlükəsizlik məmurlarının atəşilə şəhid olub.

Az.rasthaber.com xəbər verir ki, 1993-cü il Oslo razılaşmasından bəri Fələstin muxtariyyəti ilə sionist rejim arasında təhlükəsizlik koordinasiyası mövcuddur və Mahmud Abbasın başçılıq etdiyi bu qurum bu illər boyu fələstinlilərin həbs edilmələrində böyük rol oynayıbdır.

Fələstin muxtariyyətinin təhlükəsizlik qüvvələrindən bir qrupu dünən axşamçağı Nablus şəhərində sionist rejim tərəfindən təqib edilən Müsəyyib Aştiyyə və Əmid Təbilə adlı iki fələstinli döyüşçünü həbs edibdir.

Bu iki fələstinli döyüşçünün həbs edilməsindən sonra Nablusda şiddətli döyüşlər baş verib və Fələstin muxtariyyətinin təhlükəsizlik məmurları üç fələstinlini atəşlə yaralayıblar.

Fələstin muxtariyyətinin təhlükəsizlik məmurlarının atəşləri ilə yaralanan fələstinlilərdən olan Fəras Yəiş bu gün səhər saatlarında aldığı ağır yaralar nəticəsində şəhid olubdur.

Xəbəri paylaş

VİDEOLAR