Fələstin müsəlmanları yəhudi ekstemistin kilsəni yandırmaq cəhdinin qarşısını aldılar

Fələstin müsəlmanları yəhudi ekstemistin kilsəni yandırmaq cəhdinin qarşısını aldılar

Hadisə “Bütün Millətlərin Kilsəsi”ndə baş verib.

Rasthaber Azərbaycan “Anadolu”-ya istinadən xəbər verir ki, Fələstin müsəlmanları yəhudi ekstemistə işğal altındakı Şərqi Qüdsdə yerləşən katolik məbədini yandırmağa imkan verməyiblər.

Hadisə “Bütün Millətlərin Kilsəsi”ndə baş verib.

Şahidlərin sözlərinə görə, caniyə fələstinli müsəlmanlar – Həmzə və Mahmud, həmçinin kilsə keşikçisi mane olublar.

Həmzə deyib ki, onun evi kilsəyə yaxın yerləşir və o, məbədin mühafizəçilər və keşişləri ilə dostluq edir.

Biz müsəlmanlar əsrlərlə xristian dostlarımızla bu ərazidə yaşamışıq. Biz bir-birimizin dini məkanlarımızın qayğısına qalırıq”, – deyə o, qeyd edib.

Həmzə bildirib ki, ekstremistin niyyətini anlayan kimi dərhal müdaxilə edib.

Həmdə əlavə edib ki, bu cür hərəkətlər bütün dinlərdə qadağandır, xüsusilə də İslamda. O, vurğulayıb ki, fələstinli müsəlmanlar və xristianlar işğal altındakı Şərqi Qüdsdə vahid cəbhə ilə bu cür esktremist hərəkətlərə qarşı çıxırlar.

Xatırladaq ki, daha öncə başqa bir 49 yaşlı radikal Qüdsdəki məşhur katolik kilsələrdən birinə ziyarətçi qismində daxil olaraq oranı yandırıb.

Xəbəri paylaş

VİDEOLAR