HƏMAS-ın hərbçiləri İzzəddin Qəssam briqadaları Beyt-Ləhiyyəyə daxil olan sionist işğalçıları pusquya saldıqlarını bildiriblər.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, HƏMAS-ın hərbi qanadı İzzəddin Qəssam Briqadaları tərəfindən verilən yazılı açıqlamada, “Düşmən Qəzza zolağının şimal-qərbindəki Beyt Lahiya qəsəbəsinə hücuma cəhd edib” deyilib.
Qəssam Briqadaları Beyt Lahianın şimal-qərbindən Qəzza zolağına daxil olan işğalçı qüvvələrə sızdıqlarını açıqlayıb.
Fələstin müqaviməti işğalçıların hücum cəhdini dəf etdiklərini açıqladı.
Bəyanatda 1 sionist zabitin ağır, 1 əsgərin isə yüngül yaralandığı və bəzi nöqtələrdə qarşıdurmaların davam etdiyi bildirilib.
Rejimin Kanal 12 televiziyası fələstinli qrupların Qəzza zolağının şimalındakı tuneldən çıxaraq İsrail ordusu qüvvələrinə hücum etdiyini bildirib.