Fələstin müqavimət qüvvələri İsrail ordusunun PUA-sını məhv edib

Fələstin müqavimət qüvvələri İsrail ordusunun PUA-sını məhv edib

Fələstin müqavimət qüvvələri Nablus şəhərinin üzərində sionist rejim ordusunun PUA-sını məhv ediblər.

Az.rasthaber.com xəbər verir ki, Fələstin müqavimət qüvvələri bazar günü Nablus şəhərinin şərqində yerləşən Əlbəlatə düşərgəsinin üzərində sionist rejim ordusunun bir ədəd pilotsuzunu aşkar edərək hədəfə alıb.

Sionist rejim mənbələri bu xəbəri təsdiq ediblər.

Sionist rejim Fələstin şəhərləri və düşərgələrindəki fələstinli döyüşçülərin geniş müqaviməti qarşısında aciz qaldığına görə, son zamanlar iddia etmişdi ki, hücum PUA-larından istifadə edəcək.

Digər tərəfdən, Fələstin müqavimət döyüşçüləri bir daha Ceninin şimalında yerləşən Əlcəmlə yoxlama-buraxılış mərkəzini əldəqayırma qumbara ilə hədəfə alıblar.

Xəbəri paylaş

VİDEOLAR