Fələstin müqavimət qrupları Cenin şəhərində hərbi parad keçirib

Fələstin müqavimət qrupları Cenin şəhərində hərbi parad keçirib

Fələstin müqavimət qruplarının hərbi qanadları işğal altındakı İordan çayının qərb sahilindəki Cenin şəhərində hərbi parad keçirib.

Az.rasthaber.com xəbər verir ki, İslami Cihad Hərəkatının hərbi qanadı olan Qüds Briqadalarının komandirlərindən biri, sionist İsrail qüvvələrinin hücumu nəticəsində şəhid olan Faruk Səlamənin anım mərasimi keçirilib.

Mərasim zamanı HƏMAS-ın hərbi qanadı, Qəssam Briqadaları, İslami Cihadın hərbi qanadı, Qüds Səriyyələri və digər müqavimət birləşmələri hərbi parad keçirib.

Qeyd edək ki, Fələstin müqavimət qruplarının cəmləşdiyi Cenin Qaçqınlar Düşərgəsi sionist rejim əsgərlərinin basqınları zamanı zaman-zaman qarşıdurmalara səhnə olur.

Xəbəri paylaş

VİDEOLAR