Fələstin İsraili uşaqların hüquqlarını kobud pozanların siyahısına salınmasını tələb edir

Fələstin İsraili uşaqların hüquqlarını kobud pozanların siyahısına salınmasını tələb edir

Fələstin muxtariyyətinin xarici işlər nazirliyi sionist rejimin adının uşaqların hüquqlarını pozanlar siyahısına salınmasını istəyib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbərinə görə, Fələstin xarici işlər nazirliyi dünya ictimaiyyətindən istəyib ki, Fələstin xalqını, xüsusən fələstinli uşaqları himayə üçün hərəkətə keçsin və cinayətlərinə görə işğalçı sionist rejimin məsuliyyətə cəlb olunmasına, həmçinin bu rejimin adının uşaqlara qarşı kəskin cinayətlər törədən tərəflərin qara siyahısına salınmasına səy göstərsin.

Fələstin xarici işlər nazirliyi sonra bildirib ki, tezliklə yayılacaq BMT baş katibinin hesabatında işğalçı sionist rejimin adının uşaqların hüquqlarını pozanların qara siyahısına salınmaması, qəsbkar rejimin canilərinin tərəfinin saxlanılması və onların cəzadan qaçmalarına zəmanət sayılır.

Xəbəri paylaş

VİDEOLAR