Fələstin: İsrail aclıqdan silah kimi istifadə edir

Fələstin: İsrail aclıqdan silah kimi istifadə edir

Fələstin Administrasiyasının BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur İsrailin aclıqdan dinc əhaliyə qarşı müharibə silahı kimi istifadə etdiyi barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, Təhlükəsizlik Şurasının iclasında çıxış edən Mənsur Qəzza zolağında baş verən ağır humanitar böhranla bağlı xəbərdarlıq edib və humanitar yardımın göndərilməsi üçün təcili hərəkətə keçməyə çağırıb.


O deyib: Sionist rejim aclıqdan dinc əhaliyə qarşı müharibə silahı kimi istifadə edir.

Fələstinin BMT-dəki nümayəndəsi bəyan edib: Qəzza zolağının sakinləri şiddətli aclıq və ərzaq təhlükəsizliyi ilə üz-üzədir və Təhlükəsizlik Şurası dərhal regiona ərzaq və tibbi yardım idxalı üçün hərəkətə keçməlidir.

O, sionist rejimin Qəzzanı sərt və məqsədyönlü mühasirəyə almasına toxunaraq dedi: İsrail iki aydan artıqdır ki, qəsdən humanitar yardımların ölkəyə daxil olmasına mane olur və bu hərəkəti insanları məcburi köçkünlüyü qəbul etməyə məcbur edən alətə çevirdi.

Xəbəri paylaş

VİDEOLAR