Fələstin: Haqqımızı alana qədər əməliyyatlar bitməyəcək!

Fələstin: Haqqımızı alana qədər əməliyyatlar bitməyəcək!

Fələstin hökumətinin sözçüsü Nabil Əbu Rudeynə bildirib ki, fələstinlilər qanuni hüquqlarını alana qədər əməliyyatlar bitməyəcək.

Az.rasthaber.com xəbər verir ki, Əbu Rudeynə verdiyi yazılı açıqlamada Fələstində baş verənləri dəyərləndirib.
Fələstin xalqının sonsuza qədər gözləməyəcəyini ifadə edən Əbu Rudeynə bildirib:
"Xalqımız paytaxtı Qüds olan müstəqil Fələstin dövlətində qanuni hüquqlarını almayana qədər əməliyyatlar bitməyəcək. Biz yeni fərqli və təhlükəli reallıqda yaşayırıq. Bu keçməsi mümkün olmayan bir vəziyyət yaradıb və gələcəkdə istənilən siyasi üfüqləri bağlayacaq. Bölgənin bütün müharibələrinin, problemlərinin, çıxılmaz nöqtələrinin səbəbi də bu işğaldır.
Əbu Rudeynə sionist İsrailin Baş naziri Naftali Bennetin orduya İordan çayının qərb sahilində fələstinlilərin öldürülməsinə icazə verməsi barədə təlimatın təhlükəsi barədə xəbərdarlıq edib.

Xəbəri paylaş

VİDEOLAR