Fələstin bölgənin deyil, bütün bəşəriyyətin ortaq məsələsi - Kalın

Fələstin bölgənin deyil, bütün bəşəriyyətin ortaq məsələsi - Kalın

"Fələstin ancaq torpaq deyil, həm də ədalət və vicdan məsələsidir"

Bu sözləri Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Ankarada keçirilən bir tədbirdə deyib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Təhlükəsizlik və Xarici Siyasətlər Qurumunun Ankara Çankaya Köşkündə təşkil etdiyi "Fələstinin gələcəyi" mövzulu seminarda qurumun üzvləri, əlaqədar rəsmi təşkilat nümayəndələri, alimlər, düşüncə mərkəzlərinin nümayəndələri və mütəxəssislər iştirak ediblər.

  İbrahim Kalının sədrliyilə keçən tədbirdə yeni proseslər çərçivəsində Fələstin məsələsinin hüquqi və siyasi ölçüləri, regional və qlobal aktyorların mövqeləri əhatəli şəkildə müzakirə olunub, alternativ yol xəritələrilə bağlı fikir mübadiləsi aparılıb, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın açıqladığı sözdə sülh planı ilhaq layihəsi olaraq qiymətləndirilib, planın İsrailin illərdir Fələstini parça-parça öz torpaqlarına qatma hərəkətinin qanuniləşdirmə səyi olduğu bildirilib.

  Qüdsün statusu, Fələstin xalqının öz gələcəyini təyinetmə, öz torpaqlarında mühacirlərin haqqları, qeyri-qanuni yaşayış məskənləri, beynəlxalq cəmiyyətin məsuliyyəti və bu mövzularda atıla biləcək addımlara da toxunan İbrahim Kalın bunları söyləyib: "Fələstin ancaq torpaq deyil, həm də ədalət və vicdan məsələsidir. Bu mövzu yalnız bölgənin deyil, bütün bəşəriyyətin ortaq məsələsi olmalı, beynəlxalq ictimaiyyət haqq-hüquq çərçivəsində üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

  Türkiyə fələstinli qardaşlarımızın qəbul etmədiyi və beynəlxalq hüququn pozulduğu heç bir planı qəbul edə bilməz. Biz fələstinlilərin bu haqlı iddiasında, bu günə qədər olduğu kimi, bundan sonra da yanında olmağa davam edəcəyik."

Xəbəri paylaş

VİDEOLAR