Fələstin bazarlarına İsrailin bütün məhsullarının idxalı dayandırıldı

Fələstin bazarlarına İsrailin bütün məhsullarının idxalı dayandırıldı

Fələstin muxtariyyəti sionist rejim istehsalı olan bir neçə məhsulun Fələstin bazarlarına idxal olunmasını qadağan edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Fələstin muxtariyyəti sionist rejim istehsalı olan bir neçə məhsulun Fələstin bazarlarına idxal olunmasını qadağan edib.

Fələstin muxtariyyətinin sözçüsü İbrahim Məlhəm bu haqda açıqlm verib.

O "Sionist rejimin müharibə nazirinin Fələstinin kənd təsərrüfatı məhsullarının işğal olunmuş ərazilərə daxil olmasının əngəllənməsinə dair son qərarına cavab olaraq, sionist rejim istehsalı olan bir neçə məhsulun Fələstin bazarlarına idxal olunması qadağan edildi", -deyə qeyd edib.

Sionist rejimin Fələstinin kənd təsərrüfatı məhsullarının bu rejim bazarlarına daxil olmasını əngəlləməsi, Fələsinin iqtisadi vəziyyətini ağırlaşdırmaq və Fələstinə qarşı mühasirəni şiddətləndirmək məqsədilə həyata keçir.

Xəbəri paylaş

VİDEOLAR