Fələstin azad dünyanın, oyanmış vicdanın və bəşəriyyətin birinci dərəcəli məsələsidir - Rəisi

Fələstin azad dünyanın, oyanmış vicdanın və bəşəriyyətin birinci dərəcəli məsələsidir - Rəisi

Rəisi Ankara səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı bəyan edib

Rasthaber Azərbaycan xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi Ankara səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransı zamanı deyib ki, BMT İsrailin Qəzza sektorunda törətdiyi soyqırımı xarakterli müharibəsi ilə bağlı öz effektviliyini itirib: “BMT bu məsələdə öz effektivliyini itirib və ikinci plana keçib“.

Rəisi fələstinlilərə qarşı cinayətləri törədənlərin məsuliyyətə cəlb edilməli olduğunu qeyd edib.

İran prezidenti bildirib ki, İsrailin Qəzzaya qarşı müharibəsinin məsuliyyətini ABŞ da daşıyır.

Onun sözlərinə görə, regiondakı terrorçuluq probleminin yeganə həlli yolu regional əməkdaşlıqdır: “Terrorizmə qarşı mübarizədə İran-Türkiyə əməkdaşlığı böyük əhəmiyyət kəsb edir“.

Rəisi əlavə edib ki, rəsmi Tehran Türkiyə və digər region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi bilir.

Biz Türkiyə və region ölkələrinin təhlükəsizliyi uğrunda terrorçuluğa qarşı mübarizədə qətiyyətliyik“, – deyə o vurğulayıb.

O deyib ki, hazırda hər kəs ədalətsiz dünya nizamının şahididir.

Türkiyə ilə, müsəlman ölkələri və digər ölkələr ilə birlikdə, həmçinin dünyanın azad insanları ilə birlikdə biz ədalətli və yeni dünya nizamını həyat keçirməyə can atmalıyıq“, – deyə o qeyd edib.

Rəisi əlavə edib ki, mövcud potensialın fonunda iki ölkə arasında əlaqələr bütün sahələrdə artırıla bilər: “İlk mərhələdə iki ölkə arasındakı ticari-iqtisadi münasibətlərin səviyyəsi 30 milyard dollaradək artacaq“.

O, həmçinin bəyan edib ki, İran İslam Respublikasında energetika sahəsində olduqca yaxşı potensial var.

Biz öz dost və qarşı ölkəmizlə neft sahəsindəki əlaqələrin inkişafı sahəsindəki münasibətlərimizi inkişaf etdirmək qərarına gəldik“, – deyə o vurğulayıb.

 

 

 

 

Xəbəri paylaş

VİDEOLAR