Fitrə zəkatının miqdarı

Fitrə zəkatının miqdarı

Şəvval ayı daxil olduqda bütün fəqir olmayan müsəlmanlara fitrə zəkatı vermək vacib olur

Şəvval ayı daxil olduqda Fitr bayramı olur və  bütün fəqir olmayan müsəlmanlara fitrə zəkatı vermək vacib olur.

Bu bayramın namazından öncə fitrə zəkatı vermək lazımdır (əgər bayram namazı  qılınacaq və bayram namazından öncə vermək lazımdır). 

Fitrə zəkatı nə qədərdir?

Fitr bayramının axşamı qürubdan qabaq - günəş batmazdan öncə həddi-büluğ, aqil və zəngin olan kəslərə fitrə zəkatı vacibdir. Yəni, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün bir “sa” - təxminən üç kiloqram miqdarında buğda, arpa, xurma, düyü, qarğıdalı və bu kimi qida növləri də daxil olmaqla, həmin məntəqə sakinlərinin istifadə etdikləri normal qida növündən “müstəhəqqə” - yoxsula verməlidir. Adı sadalanan qida növlərinin əvəzinə pulunu da versə, kifayətdir (red: Ayətullah Məkarim Şirazinin risaləsi 1692-ci məsələ). (Təqribi - 2-3 manat (3 kq un), imkanı olanlar düyü və xurma ilə də verə bilərlər)

Ayətullah Sistaninin risaləsinə əsasən isə (məsələ 1952) - Fitr bayramının axşamı, günəş batdığı vaxt həddi-büluğa çatan və ağıllı olub, bihuş, fəqir və başqasının qulu olmayan şəxsə, özü və onun çörək yeyəni sayılan şəxslərin hər biri üçün, bir «sa`» - təqribən 3 kiloqram - öz şəhərində normal olan yeməklərdən, məsələn; buğda, arpa, xurma, kişmiş düyü və qarğıdalı kimi, müstəhəqqə verməlidir. Bunun əvəzinə pul verərsə, kifayətdir. Lazım ehtiyat odur ki, öz şəhərində normal olmayan yeməklərdən, buğda, arpa, xurma və kişmiş də olsa, verməsin.

 Məsələ 1953: Özünün və ailəsinin illik xərclərinə sahib olmayan və onun və ailəsinin xərclərini tə`min edəcək bir kəsbi də olmayan bir şəxs, fəqirdir. O şəxsin fitrə zəkatı verməsi vacib deyildir.

Məsələ 2685.Müstəhəbdir ki, insan fitrə zəkatını verməkdə öz yoxsul qohum və qonşularını başqalarına tərcih etsin və daha yaxşı olar ki, elmi, imanlı və fəzilətli insanları fitrə zəkatını verməkdə başqalarından üstün tutsun.

Alimlərin bir çoxu gündəlik istifadə edilən ərzaqla hesablanmayı məqbul hesab edir və 3 kq un və çörək daha məqsədə uyğundur. Lakin kənd yerlərində özlərinin əkin yeri olanlar arpa və buğdadan (nədən istifadə edirlərsə) hesablaya bilərlər...

Xəbəri paylaş

VİDEOLAR