FİTR bayramınız MÜBARƏK!

FİTR bayramınız MÜBARƏK!

24 May Şəvval ayının biridir

Rasthaber Azərbaycan xəbər verir ki, mərcəi təqlid müctehidi Ayətullah Xameneinin ofisi  bu haqda açıqlama yayıb.

Xəbəri bir az əvvəl böyük agentliklər: İRNAİRİBFars agenliyiMehr agentliyi və s yayıblar.

Açıqlamada qeyd edilib ki, bazar günü 24 may Şəvval ayının birinci günüdür və Fitr Bayramıdır.

Qeyd edək ki, Azərbaycan və İranın üfüqü eyni olduğundan hər iki ölkədə bayram sayılır.

Fitr bayramı ərəb dilində "Eydul Fitr" kimi tərcümə olunur. Fitr fitrət sözündən, eyd sözü isə qayıdış sözündən götürülüb. Bu bayramın adı fitrətə qayıdış mənasını verir. Müsəlmanlar bir ay oruc tutmaqla, nəfsi istəklərdən çəkinməklə, Qədr gecələrini həqiqətən dərk edərək, əhya saxlayamaqla ayı tamamlayır və Allah oruc tutan şəxsləri fitrətlərinə qayıtmaqla mükafatlandırır.

Bu qayıdış insanın bağışlanması, cəhənnəm odundan uzaqlaşması üçün bir vasitədir. Müqəddəs ay və müqəddəs gün xatirinə Allah bizləri,  fitrətinə qayıdanlardan qərar versin! Allah bu aydan bizi bağışlanmış şəkildə çıxarsın. Gələn bayramları zindanda olan mömin məhbuslarla, səngərdə olan əsgərlərlə, qəriblikdə olan əzizlərimizlə, ən əsası da dövrün imamı Həzrəti Qaimlə birlikdə keçirməyi Allah bizə nəsib etsin!

Bir daha bayramınız mübarək!

Xəbəri paylaş

VİDEOLAR