22.08.2024 12:04:29
Finlandiya öz ərazisində NATO qoşunlarını yerləşdirmək fikrindədir.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen bildirib.
O, artıq bu məqsədlə NATO-ya üzv bir sıra ölkələrlə danışıqların aparıldığını qeyd edib.
Fin nazir məsələ ilə bağlı əlavə şərh və məlumat verməkdən imtina edib.