Filippində 5,3 bal gücündə zəlzələ olub

Filippində 5,3 bal gücündə zəlzələ olub

Filippinin qərb hissəsində 5,3 bal gücündə zəlzələ baş verib.

Rasthaber Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 Bildirilib ki, zəlzələ yerli vaxtla 19:18-də qeydə alınıb. Yeraltı təkanın episentri San-Dieqo ərazisindən 10 kilometr qərbdə, Kalabarson bölgəsində yerləşib. 

Zəlzələnin ocağı 86,9 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR