Feysəl Miqdad: İrandakı terror taktikası Suriyadakı ilə eynidir

Feysəl Miqdad: İrandakı terror taktikası Suriyadakı ilə eynidir

"Terror təşkilatlarının Suriyada izlədikləri və həyata keçirdikləri bütün taktikalar Tehranda da eyni şəkildə tətbiq olunur"

Az.rasthaber.com xəbər verir ki, Suriyanın xarici işlər naziri Feysəl Miqdad, Hindistanın Wion televiziyasına müsahibəsində, İrandakı iğtişaşlara və bu fürsətdən terrorçu qrupların ölkədə iğtişaşları artırmaq üçün sui-istifadə etmələrinə toxunaraq deyib:

"Tam səmimi deyirəm ki, terror təşkilatlarının Suriyada izlədikləri və həyata keçirdikləri bütün taktikalar Tehranda da eyni şəkildə tətbiq olunur".

Faysal Mikdad İrandakı iğtişaşları necə gördüyü ilə bağlı suala cavab olaraq deyib:

"Biz heç bir ölkənin daxili işinə qarışmamışıq. 2 həftə əvvəl Tehranda idim, vəziyyət sakit idi. 

Sizə səmimi deyim ki, terror təşkilatlarının Suriyada izlədikləri və həyata keçirdikləri bütün taktikalar Tehranda da eyni şəkildə tətbiq olunur. Təbliğat və sosial media isə hökuməti insanları öldürməkdə günahlandırır".

Xəbəri paylaş

VİDEOLAR