CENTCOM bir bəyanat verərək, İran Ordusunun hərbi katerlərinin təhlükəli manevr etməkdə ittiham edib.
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Silahlı Qüvvələri Baş Komandanlığı – CENTCOM bir bəyanat verərək, İran Ordusunun hərbi katerlərinin təhlükəli manevr etməkdə ittiham edib.
İran hərbi katerlərinin Amerikan gəmilərinin ön və arxasından dəfələrlə keçdiyi bildirilən açıqlamada, katerlərin “USS Lewis Puller" mobil baza gəmisinə 45 metrə qədər və USCG Maui" sahil mühafizə gəmisinə isə 9 metrə qədər yaxınlaşdığı bildirilir.
Beşinci Flotun açıqlamasında İran katerlərinin verilən xəbərdarlıqdan bir saat sonra reaksiya verərək bölgədən ayrıldığı və hər hansı bir qarşıdurma baş vermədiyi qeyd edilib.
Bəzi KİV onlarla SEPAH-a aid olan katerlərin ABŞ-a aid bir neçə gəmiyə yaxınlaşaraq manevr etdiyini yazıb.
Qeyd edək ki, bir müddət öncə ABŞ Ordusuna aid qırıcı İran hava sahəsinə yaxınlaşdıqda İran tərəfindən xəbərdarlıq gəldiyi, İranın xəbərdarlığı ilə ABŞ Ordusunun F-18 qırıcısının yolunu dəyişdirməyə məcbur olmuşdu.
Onu da qeyd edək ki, İran Fars Körfəzi və Hörmüz Boğazında başda ABŞ olmaqla bütün xarici güclərin hərəkətliliyinə yaxından nəzarət etməkdə və hər cür düşmən xarakterli addıma qarşı sərt cavab addımı atılacağı ilə bağlı hazırlıqlı olduğunu bildirmişdi.