Fanatik yəhudilər yenidən Məscidül-Əqsaya basqın edib

Fanatik yəhudilər yenidən Məscidül-Əqsaya basqın edib

İfrat sağçı sionist mühacirlər bu gün səhər bayraq yürüşü adı altında işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasına görə, İfrat sağçı sionist mühacirlər bu gün səhər bayraq yürüşü adı altında işğal altındakı Şərqi Qüdsdə Məscidül-Əqsaya basqın ediblər.

Fələstinin Qəzza zolağındakı Vəqflər və Dini İşlər Nazirliyi dünən yaydığı bəyanatda Qüdsdəki sionist mühacirlərin “Bayraq yürüşü” təxribatının təhlükələri barədə xəbərdarlıq edərək, fələstinliləri Məscidül-Əqsada oyaq durmağa və Fələstin bayrağını daşımağa dəvət edib.

Qüdsün tanınmış simaları da fələstinliləri işğalçıların bayraq yürüşü təxribatının qarşısını almağa və Məscidül-Əqsada keşik çəkməyə çağırıblar.

Xəbəri paylaş

VİDEOLAR