Bunu “İntellektualnıy Rezerv” şirkətinin həmkar və direktoru Pavel Myasoyedov deyib
Rasthaber “1Prime”-yə istinadən xəbər verir ki, nadir istifadə zamanı “Facebook” əlavəsini silmək lazımdır.
Bunu “İntellektualnıy Rezerv” şirkətinin həmkar və direktoru Pavel Myasoyedov bildirib.
Onun sözlərinə görə, “Facebook” istifadəçiləri izləmək imkanına sahibdir və smartfon akkumulyatorunun enerjisini çox “yeyir”.
Bundan başqa, sözügedən əlavənin minuslarına “lentin” yalnız maraqlar əsasında qurulmasını da əlavə edib, buna görə də dostların bəzi paylaşımları görünməyə bilər.
Mütəxəssis həmçinin əlavə edib ki, ümumilikdə telefondakı lazımsız mesencerləri silmək, mesajlara isə gündə bir neçə dəfə cavab vermək lazımdır. O qeyd edib ki, bu həm yaddaşı boşaldacaq, həm də zamanı.