Facebook qrup videozəng xidməti yaradır

Facebook qrup videozəng xidməti yaradır

Zənglərin müddəti ilə bağlı məhdudiyyət olmayacaq.

“Facebook” şirkəti koronavirus pandemiyası müddətində populyarlığı kəskin artmış qrup videozəng xidməti yaradır.

Trend-in məlumatına görə, yeni proqramın yaradılmasını şirkətin təsisçisi Mark Zukerberq elan edib.

Onun sözlərinə görə, “Messenger Rooms” adı verilən proqramda videozəngə real vaxt rejimində 50 nəfərədək şəxs qatıla bilər.

Zənglərin müddəti ilə bağlı məhdudiyyət olmayacaq. Zəngə qoşulmaq üçün “Facebook” hesabının olması da tələb olunmayacaq.

M.Zukerberq əlavə edib ki, “Messenger Rooms” “WhatsApp” və “Instagram”da işləyəcək. Bu zaman da videozəng istifadəçilərinin sözügedən platformalarda qeydiyyatı vacib olmayacaq.

Xəbəri paylaş

VİDEOLAR