Facebook-dan Gürcüstan hakimiyyətinin trollarına zərbə

Facebook-dan Gürcüstan hakimiyyətinin trollarına zərbə

Facebook sosial şəbəkəsi Gürcüstan hakimiyyəti ilə bağlı fəaliyyət göstərən 396 saxta səhifə və qrupu sildiyini bildirib.

Rasthaber Azərbaycan 24News.ge-yə istinadən xəbər verir ki, silinən facebook qrupları eləcə də səhifələri Gürcüstan hakimiyyətinin fəaliyyətini tərifləyib və anti-müxalifət yönümlü təbliğatlar paylaşırmış.

Məlumatda qeyd edilir ki, həmin saxta səhifə və qruplar açıq-aşkar hakim partiya ilə əlaqədar olub və partiyanın aktivistləri, dəstəkçiləri kimi təqdim edilib.

Dünyaca məşhur sosial şəbəkə olan facebookun bəyanatında bildirilib ki, Gürcüstanda silinən saxta səhifələr (Daily info, News Hub.ge, TodayNews.ge, On Time.ge) özlərini fəal media vasitəsi kimi göstərsələr də axtarış zamanı internet şəbəkəsində onlar haqqında heç bir məlumat tapılmayıb.

Xəbəri paylaş

VİDEOLAR