Facebook Ayətullah Xameneinin səhifəsini bağladı

Facebook Ayətullah Xameneinin səhifəsini bağladı

Facebook sosial şəbəkəsi daha öncə əngəllədiyi Ayətullah Xameneinin ərəbcə səhifəsini bağlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Facebook sosial şəbəkəsi daha öncə əngəllədiyi Ayətullah Xameneinin ərəbcə səhifəsini bağlayıb.
Facebookun "qaydaları pozma" bəhanəsilə bir müddət əvvəl blokladığı Ayətullah Xameneinin 100 mindən çox izləyicisi olan ərəbcə hesabının bağlanması elan olunub.
Daha öncə İnstagram və Tvitter sosial media kanalları da Ayətullah Xameneiyə aid khamenei.ir hesabına aid paylaşımların bəzisini silmiş və bəzən də hesabı baölamışdı.
Ayətullah Xameneinin ofisi; Ayətullah Xamenei ilə əlaqəli xəbərlərə və bəyanları oxumaq üçün facebook.com/ar.khamenei.ir  adresi ilə yeni səhifə açıldığını bildirdi.

Xəbəri paylaş

VİDEOLAR