“Ermənistanın mövqeyində heç bir dəyişiklik baş verməyib. İstər son illərdə, istərsə də 25-30 il əvvəl İrəvan hesab edirdi ki, ilkin şərt olmadan Türkiyə ilə sərhədlər açılmalı və diplomatik əlaqələr qurulmalıdır”.
Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqla birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, indiyədək Türkiyə və Ermənistan nümayəndələrinin bir görüşü olub.
“Bir çox məsələlərə toxuna bilmədik. Amma proseslərin müsbət istiqamətdə gedəcəyi ilə bağlı işarələr var. Lakin bu, bir tərəfin mövqeyindən asılı olmayan məsələdir”, - XİN başçısı vurğulayıb.
O, həmçinin deyib ki, "mən və xüsusi nümayəndə Ruben Rubinyanın Türkiyəyə dəvət olunması mühüm beynəlxalq diplomatik hadisədir".
“Hələ Antaliya Diplomatik Forumunda iştirak edib-etməyəcəyimizlə bağlı qərar verməmişik. Məsələ müzakirə mərhələsindədir”, - o bildirib.