Ermənistanın prezidenti Avropaya, XİN rəhbəri Rusiyaya getdi

Ermənistanın prezidenti Avropaya, XİN rəhbəri Rusiyaya getdi

Ermənistan rejiminin prezident Armen Sarkisyan isə Belçikanın paytaxtı Brüssel şəhərinə gəlib.

Rasthaber RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiya paytaxtına gəlib.

Ermənistan XİN rəsmisi Anna Naqdalyan bildirib ki, Mnatsakanyan qısamüddətli səfərlə Moskvadadır.

Onun bu səfəri zamanı Qarabağla bağlı atəşkəs razılaşmasının icrasını müzakirə ediləcəyi deyilir.

Ermənistan rejiminin prezident Armen Sarkisyan isə Belçikanın paytaxtı Brüssel şəhərinə gəlib.

O, burada NATO və Aİ nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək.

Xatırladaq ki, hazırda şanlı Azərbaycan ordusu erməni terrorçu və separatçıları tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi uğrundakı əməliyyatları uğurla davam etdirir. Ağır məğlubiyyətlərə uğrana düşmən öz acığını Azərbaycanın dinc əhalisindən çıxmaqla və erməni cəmiyyətinə cəbhədəki vəziyyətlə bağlı yalan xəbərlər verməklər çıxır.

Ermənistan rəhbərliyi 27 sentyabrdan, sözün əsl mənasında, müxtəlif dünya ölkələrinin başlarını xarab etməkdədirlər.

Xəbəri paylaş

VİDEOLAR