18.11.2020 18:01:22
Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi Movses Akopyan istefa verib.
Rasthaber Trend-ə istinadlı məlumatına görə, M.Akopyan istefa ərizəsini yazdığını bildirib.
O, istefasının səbəblərini daha sonra açıqlayacağını deyib.
Qeyd edək ki, Movses Akopyan baş hərbi müfəttiş vəzifəsinə 2018-ci ilin mayında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra təyin olunmuşdu.