Ermənistandan Rusiya əleyhinə növbəti addım

Ermənistandan Rusiya əleyhinə növbəti addım

Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) qoşulması prosesinin başladılmasına dair qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.

Az.rasthaber.com xəbər verir ki, 64 deputat “lehinə”, 7 deputat “əleyhinə” səs verib, “bitərəf”ə səs verən olmayıb.

“Hayastan” müxalifət fraksiyası səsvermədə iştirak etməyib. “Şərəfim var” fraksiyası isə “əleyhinə” səs verib.

Qanun layihəsi 60 min imza toplamış bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb. (Ermənistan Konstitusiyasına görə, parlamentdə gözdən keçirmək üçün vətəndaş qanun layihələri ən azı 50 min imza toplamalıdır).

Müxalifət təmsilçiləri qanun layihəsini tənqid ediblər və bildiriblər ki, bu layihə heç bir fəaliyyət proqramı təklif etmir.

Xatırladaq ki, daha öncə Kremldən bəyan edilmişdi ki, Ermənistan eyni anda Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Aİ iştirakçısı ola bilməz. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Moskva Yerevanın Aİ ilə bağlı qanun layihəsini Aİİ-dən çıxışın başlanğıcı kimi gözdən keçirir.

Xəbəri paylaş

VİDEOLAR