Ermənistanda koronavirusa yoluxanların sayı artıb.
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan “Facebook”da bildirib.
O deyib ki, ölkədə daha 5 nəfər koronavirusa yoluxub.
Nazirlik rəsmisi qeyd edib ki, bununla da Ermənistanda koronavirusa yoluxmuş şəxslərin sayı 115-ə çatıb.
Xatırladaq ki, Ermənistanda koronavirus pandemiyası ilə əlaqədar martın 16-dan aprelin 14-ə kimi fövqəladə vəziyyət elan edilib.