Ermənistanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır

Ermənistanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır

Ermənistanda epidemioloji vəziyyət pisləşməyə davam edir.

Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 108 687 nəfərə yüksəlib.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərin profilaktikası və nəzarət mərkəzi məlumat yayıb.

Bildirilib ki, son sutkada 1 221 nəfər virusa yoluxub və daha 29 nəfər virusundan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 1 609 nəfərə çatıb.

Virusdan sağalanların sayı 66 835 nəfər olub. 39 831 pasiyent müalicə alır.

Xəbəri paylaş

VİDEOLAR