Bunu Naqdalyan öz "Facebook" səhifəsində yazıb.
Ermənistanın Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan bu gün istefa verib.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Naqdalyan öz "Facebook" səhifəsində yazıb.
"Bildirirəm ki, artıq Ermənistan XİN-in mətbuat katibi funksiyasını yerinə yetirmirəm", - deyə Naqdalyan yazıb.
O, həmçinin KİV nümayəndələrinə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, mayın 27-də isə Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan istefa verib.