Ermənistan prezidenti: Heç nədən xəbərim yox idi, mətbuatdan öyrəndim

Ermənistan prezidenti: Heç nədən xəbərim yox idi, mətbuatdan öyrəndim

Ermənistan prezidenti Armen Sarkisyan Qarabağ müharibəsinin bitməsi haqda danışıb.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin prezidenti Armen Sarkisyan Dağlıq Qarabağla bağlı saziş haqda KİV-dən öyrəndiyini və hər hansı bir müzakirələrdə iştirak etmədiyini bildirib.

Rusiya və Azərbaycan prezidentlərinin Qarabağ müharibəsinin bitməsi barədə bəyanatı imzalamasından mətbuatdan öyrəndim. Müharibənin bitmə şərtləri barədə mətbuatdan öyrəndim”, - deyə o, qeyd edib.

Onun sözlərinə görə, ölkə prezidenti olaraq bu sənədlə bağlı onunla hətta məsləhətləşmə və müzakirə aparılmayıb.

Sarkisyan deyib ki, Ermənistanda böyük insan kütləsinin dərin əndişə və təşvişini diqqətə alır.

Milli maraqların mühafizəsi üzrə bizim gündəliyimizdən çıxan qərarı mümkün qədər tez razılaşdırmaq üçün mən dərhal siyasi məsləhətləşmər təşəbbüsü göstərəcəyəm”, - deyə o, əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR