Ermənistan prezidenti Gürcüstana səfərə gəlib

Ermənistan prezidenti Gürcüstana səfərə gəlib

Ermənistan Respublikasının Prezidenti Armen Sarkisyan Tbilisiyə rəsmi səfərə gəlib

Rasthaber Azərbaycan InterPress Gürcüstan-a istinadən xəbər verir ki, Ermənistan Respublikasının Prezidentini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani, Gürcüstan Prezidenti Administrasiyasının rəhbəri Natia Sulava, Gürcüstanın Ermənistan Respublikasındakı səfiri Qiorqi Saqanelidze qarşılayıb.

Armen Sarkisyan və Nune Sarkisyanın rəsmi qarşılanma mərasimi Orbeliani Sarayında keçiriləcək.

Rəsmi səfər çərçivəsində Ermənistan Respublikası Prezidenti və Gürcüstan Prezidentinin üz-üzə və genişləndirilmiş görüşü planlaşdırılır, bundan sonra Armen Sarkisyan və Salome Zurabişvili mətbuata birlikdə açıqlamalar verəcəklər.

Ermənistan Respublikası Prezidenti ilə Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze arasında da görüş planlaşdırılır.

Ermənistan prezidenti Tbilisidəki Erməni Katedralini ziyarət edəcək.

Xəbəri paylaş

VİDEOLAR