Ermənistan parlamentinin keçmiş sədr müavini: Paşinyan sən həyatda məğlubsan, pis xain...

Ermənistan parlamentinin keçmiş sədr müavini: Paşinyan sən həyatda məğlubsan, pis xain...

Ermənistan parlamentinin keçmiş sədr müavini Arpine Ovannisyan Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanı “pis xain” adlandırıb.

Rasthaber Azərbaycan aysor.am portalına istinadən xəbər verir ki, Ovannisyan yazıb: “Pis xain, 10 gün əvvəl daha minimal ağır razılıq kimi alternativin varıydı. Sən 20 gün əvvəl, 30 gün əvvəl daha az ağır razılığa gedə bilərdin. Sən həyatda məğlubsan, qələbə qazanan xalqı məğlubiyyətə apardın. Sən və səni alqışlayanlar tarix, Tanrı və insanlar qarşısında cavab verəcəksiniz. Buna şübhən olmasın, torpaqları təslim edən!”

Xəbəri paylaş

VİDEOLAR