Yerevan nazirlərin “3+3” formatındakı növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu təsdiq edir.
Az.rasthaber.com “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Xatırladaq ki, daha öncə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında demişdi ki, Cənubi Qafqazın məsələlərinə dair “3+3” formatındakı sayca 3-cü görüş hazırlıq mərhələsindədir; Moskva növbəti iclasları Bakı və Yerevanda keçirməyi təklif edir.
“Ermənistan hələ 2024-cü il 18 oktyabrda – İstanbulda “3+3″ platformasının 3-cü konsultativ görüşü zamanı nazirlərin növbəti görüşünü qəbul etməyə hazır olduğunu bildirmişdi”, – deyə qeyd edilib.
Əlavə edilib ki, görüşün keçirilmə tarix və məkanının müəyyənləşdirilməsi zamanı ictimaiyyət vaxtlı-vaxtında məlumatlandırılacaq.