Ermənistan baş qərargah rəisinin müavini həbs edildi

Ermənistan baş qərargah rəisinin müavini həbs edildi

Andranik Makaryan barəsində həbs-qətimkan tədbiri seçilib.

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisinin müavini Andranik Makaryan barəsində həbs-qətimkan tədbiri seçilib.

Trend erməni KİV-lərinə istinadən məlumatına görə, bunu İstintaq komitəsinin mətbuat katibi Vardan Tadevosyan deyib.

Qeyd olunur ki, A.Makaryan müharibə dövründə ciddi fəsada səbəb olmuş səhlənkarlıq maddəsi ilə ittiham olunub.

Erməni KİV-lərində yer alan məlumata görə, o, Qarabağ müharibəsi dövründə 60 hərbçinin itkin düşməsində təqsirli bilinir.

Xəbəri paylaş

VİDEOLAR