Ermənilərdən növbəti etiraf: "Daha 37 hərbçimiz öldü"

Ermənilərdən növbəti etiraf:

Qondarma rejim öz itkilərini tədricən açmağa davam edir.

Az.rasthaber.com “İnterfaks”-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş qondarma Dağlıq Qarabağ rejiminin “Müdafiə Nazirliyi” daha 37 hərbçinin məhv edildiyini elan edib.

Beləliklə də, separatçı rejim 27 sentyabrdan indiyədək 1339 hərbi qulluqçusunun öldüyünü etiraf edib.

Maraqlı məqam budur ki, 10 noyabrda əldə edilən 3 tərəfli sazişdən sonra münaqişə zonasında atəşkəsə əməl olunur. Bu isə, o deməkdir ki, ermənilərin itkiləri açıqladıqlarından qat-qat çoxdur və bunun da erməni cəmiyyətində şok effektinə səbəb olmaması üçün keçmiş itkilərini indi də tədricən açmağa davam edirlər.

Xəbəri paylaş

VİDEOLAR