Ermənilər tüğyan edir: Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!

Ermənilər tüğyan edir: Paşinyan Azərbaycana Ermənistan ərazilərini verəcək!

Ermənistan Baş naziri Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək və Azərbaycana növbəti güzəştlər barədə sənədlər imzalayacaq - hazırda Ermənistanda belə bir narahatlıq hökm sürür.

Sosial media, kütləvi informasiya vasitələri bu barədə xəbər verir və bu iddialar hətta Yerevanda, Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyasına səbəb olub.

Rasthaber Azərbaycan BBC-yə istinadən xəbər verir ki, etiraz iştirakçıları Azərbaycanla "imzalanacaq yeni razılaşma barədə" yayılan iddialara dair izahat tələb ediblər. Aksiya təşkilatçıları hesab edirlər ki, yanvarın 11-də Azərbaycanla Ermənistan arasında imzalanacaq yeni razılaşma ilə bağlı sənəd layihəsi artıq Ədliyyə Nazirliyinə təqdim olunub.

Müxtəlif mənbələrə görə, artıq Ermənistan Ədliyyə Nazirliyinə göndərildiyi iddia edilən sənədlərdə aşağıdakı məqamlar əks olunub:

Etiraz aksiyalarını təşkil edən Ədliyyə nazirinin keçmiş müavini, Legal Way insan hüquqları təşkilatının rəhbəri Ruben Melikyan 11 yanvarda Azərbaycanla "daha bir alçaldıcı müqavilə imzalamağın planlaşdırıldığı" barədə məlumatları rəsmi şəkildə təkzib etməyə çağırıb.

Ədliyyə naziri Rustam Badasyan etirazçıların qarşısına çıxaraq onları Azərbaycanla "gizli razılaşmalar" olmadığına əmin edib.

"Ədliyyə Nazirliyində heç bir razılaşma layihəsi olmadığını və yayılan məlumatların dezinformasiya olduğunu təsdiqləyirəm", - Rustam Badasyanın sözləri news.am saytında iqtibas olunur.

Badasyan, ictimaiyyəti "Telegram kanallarına inanmamağa" çağırıb. "Çünki son illərdə tez-tez yayılan dezinformasiya ölkə sakinləri arasında çaşqınlığa səbəb olur", nazir deyib.

Son günlər 11 yanvarda Moskvada İlham Əliyev və Nikol Paşinyan arasında görüşün baş tutacağı barədə xəbərlər Ermənistan mediasında geniş şəkildə işıqlandırır. Ermənistan Baş nazirinin Moskva səfərinə fəal hazırlıq işlərinin aparıldığı bildirilsə də, nə Ermənistan, nə də Azərbaycan hökuməti bu barədə rəsmi açıqlama verməyib. Azərbaycan Prezidentinin Mətbuat katibi Azər Qasımov BBC News Azərbaycancaya deyib ki, onda belə bir görüş barədə "məlumat yoxdur".

Dağlıq Qarabağda uğrunda 44 günlük müharibə noyabrın 10-da başa çatandan bəri Ermənistanda müxtəlif tələblərlə keçirilən nümayişlərin arası kəsilmir.

Xəbəri paylaş

VİDEOLAR