Ermənilər Kəlbəcər, Laçın və Ağdamdakı tikililərə od vururlar

Ermənilər Kəlbəcər, Laçın və Ağdamdakı tikililərə od vururlar

Ermənilər qeyri-qanuni yaşadıqları evlərə od vurmağa başlayıblar.

Az.rasthaber.com “İnterfaks”-a istinadən xəbər verir ki, 10 noyabrda qəbul edilmiş 3 tərəfli sazişə əsasən, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni məskunlaşdırılmış ermənilər Azərbaycana təhvil veriləcək həmin əraziləri tərk etməlidirlər.

Belə ki, ermənilər qeyri-qanuni yaşadıqları evlərə od vurmağa başlayıblar.

Müvafiq video və fotolar artıq sosial şəbəkələrdə yayılıb.

Kadrlar təhvil veriləcək Kəlbəcər, Laçın və Ağdam rayonlarındandır.

Ermənilər bu ərazilərdəki evlər, mağazalar və tikililəri yandırırlar.

Xəbəri paylaş

VİDEOLAR