İlkin araşdırmalar zamanı Ermənistanın işğal edilmiş ərazilərimizdəki maddi-mədəniyyət abidələrinə, xüsusilə məscidlərimizə və digər dini abidələrimizə zərər vurduğunu açıq şəkildə görürük.
Rasthaberin məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.
H.Hacıyev bildirib ki, onlar bu abidələrdə donuzların saxlanılmasından başlamış abidələrin məhv edilməsi istiqamətində bütün işləri həyata keçiriblər:
“İşğal altında olan ərazilərimizin işğaldan azad edilməsi başa çatdıqdan sonra aparılan daha təfərrüatlı araşdırmalar nəticəsində Ermənistanın illər uzunu həmin ərazilərdə apardığı bu qanuna zidd əməllərin nəticələri özünü bir daha büruzə verəcək”.