Ermənilər 100-ə yaxın əsgərinin yoxa çıxdığını etiraf etdi

Ermənilər 100-ə yaxın əsgərinin yoxa çıxdığını etiraf etdi

Erməni tərəfi onların Azərbaycana əsir düşməsi versiyasını da gözdən keçirir.

Rasthaber Azərbaycan “İnterfaks”-a istinadən xəbər verir ki, ermənilər Rusiya sülhməramlıları ilə birlikdə itkin düşmüş 100-ə yaxın erməni əsgərinin axtarışını aparır.

Erməni tərəfi onların Azərbaycana əsir düşməsi versiyasını da gözdən keçirir.

“Dünən axşam naməlum şəraitdə bir neçə döyüş mövqeyinin şəxsi heyəti ilə əlaqə itdi… Bütün gecə axtarış işləri aparılıb və səhərdən axtarış işləri bərpa edilib”, – deyə erməni tərəfi bildirib.

İtkin düşmüş erməni hərbçilərinin sayı barədə məlumat verilməsə də, sosial şəbəkələrə əsasən, söhbət təxminən 100, hətta 160 eməni əsgərindən gedir.

Xəbəri paylaş

VİDEOLAR