Erməni terrorçularından ibarət 13 nəfərlik qrupun məhkəməsi olub

Erməni terrorçularından ibarət 13 nəfərlik qrupun məhkəməsi olub

Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib

 Ağır Cinayətlər Məhkəməsində terror törətmək məqsədilə Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşlarından ibarət silahlı birləşmənin tərkibində döyüşən - Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Rasthaber-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra hüquqları izah edilib. Hakim elan edib ki, təqsirləndirilən şəxslər dövlət hesabına vəkillərlə təmin olunublar. Prosesdə məhkəmə tərkibi və vəkillər təqsirləndirilən şəxslərə təqdim edilib. Təqsirləndirilən şəxslər tərkib və müdafiəçilərə etiraz etməyib. Hakim bildirib ki, onlar istədikləri dildə ifadə verə, bundan başqa, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina edə, məhkəmə tərkibinə və vəkillərə etiraz edə bilər.

Prosesdə vəkillər vəsatətlə çıxış edərək bildirib ki, təqsirləndirilən şəxslər 2020-ci il dekabrın 13-də saxlanılıb. Amma onların həbs müddəti fevral və mart ayından hesablanıb. Vəkil bildirib ki, saxlanılan şəxslərin həbs müddəti dekabr ayından hesablansın.

Vəsatət təmin edilməyib. Müzakirələrdən sonra məhkəmə müşavirəyə yollanıb. Müşavirədən sonra məhkəmə hazırlıq iclasının qərarını açıqlayıb.

Cinayət işi üzrə məhkəmə baxışı iyulun 1-ə təyin edilib. Növbəti məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin binasında keçiriləcək.

Xəbəri paylaş

VİDEOLAR