Erməni hərbçi xidmət yoldaşlarını qətlə yetirməkdə şübhəli bilinir

Erməni hərbçi xidmət yoldaşlarını qətlə yetirməkdə şübhəli bilinir

Ermənistanda üç xidmət yoldaşını qətlə yetirməkdə şübhəli bilinən hərbçi saxlanılıb.

Rasthaber Azərbaycan bu barədə erməni mediasına istinadən xəbər verir.

Qeyd olunur ki, cümə axşamı yerli vaxtla 01:30-da hərbi hissələrdən birinin müdafiə bölgəsinin döyüş postunda güllələnmiş üç əsgərin meyiti tapılıb. Axşam saat 17:40 radələrində isə onlarla çiyin-çiyinə qulluq edən hərbçi saxlanılıb. O, qəsdən adam öldürməkdə ittiham olunur.

Ermənistanın İstintaq Komitəsi Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 1-ci bəndi ilə cinayət işi açıb.

Cinayət işinin ibtidai istintaqı davam edir.

Xəbəri paylaş

VİDEOLAR