Erkən seçkilərin ilkin nəticələrinə görə Paşinyan qalibdir

Erkən seçkilərin ilkin nəticələrinə görə Paşinyan qalibdir

Ermənistan Mərkəzi Seçki Komissiyası ümumi 2008 seçki məntəqəsindən səsvermənin nəticələrini yekunlaşdırıb.

Ermənistanın baş nazirinin səlahiyyətlərini cra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası erkən parlament seçkilərində bütün 2008 seçki məntəqəsindən səslərin sayılmasından sonra qalib gəlib.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, Ermənistan MSK-nın məlumatına görə, 1 milyon 281 min 911 bülletenin sayılmasından sonra Paşinyanın partiyası 53,92% (687 251), Ermənistanın eks-prezidenti Robert Koçaryanın "Ernənistan" bloku  21,04% (268 165) səs toplayıb.

Daha bir keçmiş prezident Serj Sarqsyanın "Şərəfim var” bloku 5,23% (66 633 seçici), “Çiçəklənən Ermənistan” partiyası isə 3,96% (50 416 seçici) seçicinin dəstəyini qazanıb.

“Aydınlanmış Ermənistan” – 1,22% (15 557 seçici), Erməni Milli Konqresi – 1,54% (19 647 seçici) səslə onların ardınca gəlir.

Xəbəri paylaş

VİDEOLAR