Epidemiya başa çatana qədər evlərinizdən çıxmayın - Ərdoğan

Epidemiya başa çatana qədər evlərinizdən çıxmayın - Ərdoğan

Ərdoğan paytaxt Ankarada koronavirusla mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra verdiyi açıqlamada insanları evlərində oturmağa səsləyib

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabr ayında Çində baş qaldıran yeni növ koronavirusun Türkiyəyə istiqamətli təhdidinin ən qısa müddətdə aradan qaldırılması üçün dövlət olaraq bütün imkanların səfərbər edildiyini bildirib.

 Ərdoğan paytaxt Ankarada koronavirusla mübarizə ilə əlaqədar keçirilən xüsusi toplantıdan sonra verdiyi açıqlamada deyib:
"Daha əvvəl açıqlanan tədbirləri tətbiq etsək, evdə qalma müddəti 3 həftə ilə məhdud ola bilər. Hər bir vətəndaşdan xahişim odur ki, epidemiya başa çatana qədər evlərinizdən çıxmayın".

Kovid-19 infeksiyasının iqtisadi cəhətlərinin ilk gündən etibarən yaxından izlənildiyini vurğulayan Ərdoğan "İnanıram ki, 2 aylıq müqavimət müddətini ən yaxşı şəkildə keçəcəyik", - deyib.

Türkiyənin test dəsti istehsalında ciddi potensialı olduğuna da işarə edən Türkiyə prezidenti "Sənaye və Texnologiya Nazirliyinin araşdırma-inkişaf fəaliyyətləri çərçivəsində bütün tədqiqatçı və qurumları bir araya gətirdi", -  deyə bildirib. 

Ərdoğan qeyd edib ki, yeni növ koronavirus Asiyadan Qərbə dünya birjalarını çökdürüb.

"Belə bir dövrdə Türkiyənin birja və milli pul vahidi öz gücünü qoruyib.. İqtisadi rəhbərliyimiz və müvafiq qurumlarımız bütün iş dünyasının tələb və proqnozlarını nəzərdə tutaraq hazırlıqlarını görüb.", -deyə Ərdoğan əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR