Elazığdakı zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb, 30 bina tamamilə dağılıb - VİDEO, FOTO

Elazığdakı zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb, 30 bina tamamilə dağılıb - VİDEO, FOTO

Baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb

26.01.2020 - 15:40 - Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb. Bunu bu gün Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib. Ümumilikdə tibbi yardım üçün 1607 nəfər müraciət edib. Xəstəxanalarda hazırda 104 yaralı var, onlardan 32-nin vəziyyəti ağırdır.
26. 01. 2020 - Yenilənən xəbər:  Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 33 nəfərə, 1607 nəfər isə yaralanıb. Zəlzələdə 30 bina tam olaraq dağılıb, 72 bina yararsız vəziyyətə düşüb. 514 bina ciddi ziyan dəydiyi və 409 binanın az və orta ziyan dəyib.

Yenilənən xəbər: Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Elazığ vilayətinin Sivricə bölgəsində 6,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 29 nəfərə, xəsarət alanların sayı isə 1466 nəfərə çatıb. Rəsmi açıqlamaya görə, zəlzələdən sonra 43 nəfər dağıntılar altından xilas edilib.

 - - -

Türkiyənin Elazığ şəhərinin Sivrice rayonunda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 22-yə çatıb.

Rasthaber Azərbaycan xəbər verir ki, rəsmi açıqlamaya görə, yaralıların sayı 1015 nəfərdir. 

Hazırda xilasetmə işləri aparılır.

Xəbəri paylaş

VİDEOLAR