1.02.2020 00:19:10
Türkiyənin Elazığ əyalətində daha bir zəlzələ olub
Türkiyənin Elazığ əyalətində 3,9 bal gücündə zəlzələ baş verib.
Rasthaber Azərbaycan Trend-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 18:36-da Sivricə rayonunda qeydə alınıb.
Yeraltı təkanların ocağı 6,97 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.