Ayətullah Xamenei dünən tələbə gənclər və tələbə təşkilatarının bir qrup nümayəndəsi ilə videobağlantı formatında iclasında deyib
Rasthaber Azərbaycan leader.ir portalına istinadən xəbər verir ki, İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin dünən tələbə gənclər və tələbə təşkilatarının bir qrup nümayəndəsi ilə videobağlantı formatında iclası olub. O, zülm, küfür və imperializm cəbhəsi ilə mübarizədə ölkənin malik olduğu ümidverici reallıqlarına işarə edərək gəncləri həqiqi idealtələblik və tələbkarlıq bayrağını yüksəkdə saxlamağa çağırıb. Daha sonra tələbkarlığın aqressivlik və söyüşdən ayrılması, diskurs yaradılması zərurəti, rəqibi tutma texnikası vasitəsilə inqilab cəbhəsinin genişləndirilməsinə çalışmaq, baxışlar müxtəlifliyinə əsas verməmək, inqilab prinsiplərində şübhəçilərə sərhəd qoymaq, elmi inkişafa köklənmək, düşmənin gənclərə sərmayə qoyuluşu qarşısında ayıq olmaq, gənc və inqilabçı dövlət anlayışının düzgün izahı kimi on mühüm məsələ ilə bağlı tövsiyələr verib.
Ayətullah Xamenei çıxışının bir hissəsində deyib: “Reallıq ondan ibarətdir ki, bu gün İranın qarşısında hər növ vasitə, hiylə və imkanlardan istifadə edərək İslam dövlətinin geri çəkilməsi və təslim olmasına çalışan geniş və çox böyük zülm, küfür və imperialist cəbhəsi dayanır. Əgər onların qarşılarına qoyduqları məqsəd reallaşsa, bu, gələcəkdə ölkə üçün çox baha başa gələcək. Əlbəttə, Allahın lütfü, xalqın ayıqlığı və müqaviməti sayəsində imperialist cəbhə bu məqsədinə çatmayacaq”.
İslam İnqilabının Rəhbəri qeyd edib ki, düşmənin İran xalqı ilə mübarizədə qarşısına qoyduğu əsas məqsəd xalqlar üçün cazibədar bi meyarın yaranmasının qarşısını almaqdır: “Diqqətdən qaçırmaq olmaz ki, İslam Respublikası imperialistlər cəbhəsi ilə siyasi, intellektual, yumşaq və sərt müharibə şəraitindədir”.
Ayətullah Xamenei qüdrətli zülm və imperializm cəbhəsi ilə mübarizə aparmaq və ona qalib gəlmək üçün ölkənin çox yüksək potensiala malik olduğuna diqqət yetirilməsinin tərəddüdsüz bir gerçəklik olduğunu deyib: “Son 40 ilin hərbi və qeyri-hərbi təcrübələri sübuta yetirir ki, əziz İran xalqı öz inadkar düşməninə qalib gəlmək imkanına malikdir”.
İslam İnqilabı Rəhbəri orta dünya statisikası ilə müqayisədə İranın elmi hərəkətinin çox böyük sürətə malik olması, dövlətin dini, inanc və mədəni prinsiplərinə bağlı olan böyük gənclik ordusunun mövcudluğu, korona, zəlzələ və sel kimi ümumi və təbii hadisələr zamanı xalqın təqdirəlayiq iştirakı ölkənin elmi, mədəni və sosial mübarizədəki qələbəsi üçün böyük imkana malik olduğunu göstərən cəhətlərdir: “İntellektual mübarizədə çoxlu işlər görülmüşdür ki, tələbələrin bu günkü mövzuları bu işlərin nəticələrindəndir”.
“Qeyd edilən gerçəklərin məcmusu İslam dövlətinin mədəni, sosial, hərbi və digər sahələrdə düşmən chbəsinə qalib gəlmək üçün çox yüksək potensiala malik olduğunu göstərir. Bu aydın reallıq ürəklərdə həqiqi ümid yaradır”, -deyə Ayətullah Xamenei əlavə edib.
İslam İnqilabının Rəhbəri bildirib ki, böyük zülm, küfür və imperializm cəbhəsi ilə mübarizə aparmaq üçün bütün İran xalqının institutlaşmış qüdrət və izzət hissinə malik olması ölkənin başqa bir yüksək potensialıdır: “Öz zəifliklərini İslam cəmiyyəti və dövlətinə aid edən, sayca da az olan bəzi neqativ düşüncəli insanların olmasına baxmayaraq, ölkədə ümumi və dərin biz izzət və qüdrət hissi mövcuddur”.
Ayətullah Xamenei vurğulayıb ki, imperialist və istismarçı güclərin mühüm hiylələrindən biri xalqlarda kiçiklik və şəxsiyyətsizlik hissi yaratmaqdır: “İslam İnqilabının qələbəsi İran xalqı və gənclərində gözəgörünməz bir qüdrətə malik olması, yəni xarici dövlətlər, xüsusilə də ABŞ tərəfindən himayə edilən diktatura hökumətinin kökünü kəsərək dünyanı heyrətləndirmək iqtidarında olması hissini yaratdı”.
İslam İnqilabının Rəhbəri hal-hazırda ölkənin zorakılıqlara qarşı güclü və açıq müqaviməti və milli iqtidarına işarə edərək: “Əlbəttə, bir məsələni unutmaq olmaz ki, düşmən xalqı alçaltmaq və milli özgüvəni məhv etmək məqəsdindən məyus olmamışdır. Lakin düşmənlərin səylərinə baxmayaraq, Allah bunun əksini təqdir etmişdir”, -deyə qeyd edib.
“Korona ilə bağlı hadisələr, o cümlədən Qərblə müqayisədə ölkədə bu xəstəliyin nəzarət altında saxlanması forması, bu virusun öyrənilməsi üçün həyata keçirilən elmi çalışmalar, çox böyük mömincəsinə yardımlar, habelə peykin göyə buraxılması İran xalqında qüdrət və izzət hissinin daha da çoxalmasına səbəb olmuşdur”, -Ayətullah Xamenei bildirib.